Tərəflər arasında razılığa görə, Anri yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu postda Leonardo Yardimi əvəz edib.

"Monako"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az-n klubun rəsmi saytına istinadən məlumatına görə, Belçika millisinin məşqçisi Tyerri Anri Knyazlıq klubunun "sükanı arxası"na keçib.

Tərəflər arasında razılığa görə, Anri yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu postda Leonardo Yardimi əvəz edib. 41 yaşlı mütəxəssis təyinatı ilə bağlı bunları deyib: "Monako" mənim üçün xüsusi klubdu. Burda çalışmaq imkanı verdiyi üçün rəhbərliyə minnətdarlığımı bildirirəm. Sevimli komandama döndüyüm üçün xoşbəxtəm".

Qeyd edək ki, Tyerri Anri peşəkar futbola məhz "Monako"da başlayıb. O, 1994-1999-cu illərdə bu klubun şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest