FİFA-nın hazırkı prezidenti Canni İnfantino çox güman ki, növbəti dəfə bu posta seçiləcək. Matc.az saytı xəbər verir ki, o, ali futbol qurumunun rəhbəri olmağa tək namizəddi.

Məsələ burasındadı ki, iyunun 5-də Parisdə keçiriləcək prezident seçkisi üçün İnfantinodan başqa heç kim namizədliyini irəli sürməyib. Görünür, bu yerə göz dikənlər isveçrəli funksionerin 195 ölkənin dəstəyini almasından sonra onunla rəqabətin mümkünsüz olduğunu başa düşüblər. İnfantinoya rəqib hesab edilən Ramon Veqanın adı heç qeydiyyata alınmayıb.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest