AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı E qrupunda daha bir oyunun məkanı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Xorvatiya yığması ikinci ev oyununu Osiyekdə keçirəcək.

Martın 21-də ilk turda Azərbaycanı Zaqrebdə qəbul edəcək xorvatlar qrupun III turunda Uelslə üz-üzə gələcək. Xorvatiya Futbol Federasiyası iyunun 8-dəki qarşılaşmanın Osiyekdəki "Qradski" stadionunda keçirilməsini qərara alıb. Bundan 3 gün sonra isə "damalılar" yoxlama görüşü çərçivəsində Tunislə Varajdində qarşılaşacaq.

Qeyd edək ki, Xorvatiya - Uels oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest