PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard "Atletiko"nun maraq dairəsindədi.

Madridlilərin baş məşqçisi Dieqo Simeone hücum xəttinin gücləndirilməsini və Uruqvay millisinin üzvünün alınmasını istəyib. Paris klubunun maliyyə feyr-pleyini pozması bu keçidi daha da sürətləndirə bilər. Fransa çempionu onun satışından ən azı 60 milyon avro qazanc götürmək niyyətindədi.

Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ildə "Napoli"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest