Gürcüstan millisinin yarımmüdafiəçisi Vaxtanq çanturişvili karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Matc.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, bunu 26 yaşlı futbolçu özü söyləyib.

Belə ki, Trnava "Spartak"ından ayrılan çanturişvili bir neçə təklif aldığını, həmin ölkələr arasında Azərbaycan variantının olduğunu da vurğulayıb. Lakin o, sonda Zlin "Fastav"ına keçməyi üstün tutub. çanturişvili çexiya klubunu seçməyinin səbəbini də açıqlayıb: "Yablonets"in təklifi ciddi idi. Onlarla danışığın niyə alınmadığını bilmirəm. Həmçinin Kipr, Yunanıstan, Azərbaycan və Qazaxıstandan təklif almışdım. Ancaq çexiya çempionatının daha yüksək səviyyədə olduğunu bilirəm. Bura mənim yoluma davam etməyim baxımından şansdı".

Qeyd edək ki, Vaxtanq çanturişvili "Fastav"la 2,5 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest