"Mançester Yunayted" və "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo cəriməni ödəməyə razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis İspaniya hökumətinə vergidən yayındığı üçün təzminat ödəyəcək.

Məsələ burasındadı ki, məhkəmə ona 1 illik həbs cəzası kəsib. Lakin cəza 2 ildən az olduğu üçün mütəxəssis bunu pul cəriməsi ilə bitirmiş olacaq. Mourinyo İspaniya hökumətinə 2,2 milyon avro ödəməklə cəzasını çəkəcək.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik etdiyi dövrdə vergidən yayınmaqda ittiham edilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest