Yığmamız bu gün Rusiyaya 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, 19 xal toplayan Rəhimova liderliyə yüksəlib. 28 yaşlı hücumçu ilk 3 qarşılaşmada komandamızın aktivinə ümumilikdə 66 xal yazdırıb.

Yaponiyada təşkil edilən qadın voleybolçular arasında dünya çempionatında 3 tur geridə qalıb. Matç.az saytının məlumatına görə, bombardirlər yarışına Azərbaycan millisinin üzvü Polina Rəhimova başçılıq edir.

 

Yığmamız bu gün Rusiyaya 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, 19 xal toplayan Rəhimova liderliyə yüksəlib. 28 yaşlı hücumçu ilk 3 qarşılaşmada komandamızın aktivinə ümumilikdə 66 xal yazdırıb.

 

İlk "üç"ü yığmamızın C qrupundakı rəqiblərindən olan Cənubi Koreyanın voleybolçuları qapayır. çeonqa Park 64, Yon Kunq Kim isə 59 xal toplayıb. Millimizlə görüşdə 17 xal toplayan rusiyalı Natalya Qonçarovanın da aktivində 59 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest