"Tobol"un yeni transferi Emil Balayev klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı yeni komandasındakı hədəflərindən danışıb.

- özünüz barədə məlumat verirdiniz...

- Volqoqradda anadan olmuşam. 5 yaşımda valideynlərim Bakıya köçməyi qərara alıb. Futbola sevgim böyük olub, uşaqlıqda məhələddə uşaqlarla oyanayardım. Bu sevgimə görə babam məni futbola yazdırıb. Açığı, o vaxt düşünməzdim ki, peşəkar futbolçu olacam. Bir müddət sonra "Neftçi" seleksiyaçılarının diqqətini çəkdim. İlk peşəkar müqaviləni "Neftçi" ilə imzalasam da, peşəkar futbolda ilk oyunumu "Sumqayıt"ın heyətində keçirdim.

- "Ayntraxt"a keçidiniz necə baş tutmuşdu?

- Milliyə dəvət alırdım. O dövrdə yığmamıza Berti Foqts rəhbərlik edirdi, köməkçisi isə Volfqanq Rolf idi. Rolf həm də "Ayntraxt"ın baş məşqçisi Tomas Şaafın köməkçisi idi. Qapıçı axtarışında idilər və məni baxışa dəvət etdilər. "Neftçi" də orda baxışdan keçməyimə icazə verdi. İki həftəlik baxışdan sonra məni bəyəndilər və transfer etdilər.

- Almaniya Bundesliqası barədə təəssüratlarınız necədi?

- Bundesliqa dünya çempionatları arasında "Top-5"dədi. Orda tam başqa atmosfer, səviyyə, təşkilatçılıq var. Orada keçirdiyim oyunlar, məşqlər mənim üçün böyük təcrübə oldu. Təşkilatçılıq, azarkeşlər, bir sözlə, hər şey yüksək səviyyədə idi.

- "Tobol"a transferiniz necə reallaşdı?

- Kostanay klubunun mənimlə maraqlandığını bilirdim. Rəsmi təklif gələndən sonra atamla, məşqçilərimlə və yığmadakı qapıçı məşqçim Dmitri Kramarenko ilə məsləhətləşdim. Futbolçu mütləq belə vəziyyətlərdə hər şeyi nəzərə almalıdı. Mən də Qazaxıstana gəlməyə qərar verdim. Qazaxıstan çempionatı, ölkə futbolu inkişafdadı. Bu üzdən də keçidim vətənim Azərbaycanda müsbət qarşılandı.

- Hansı dilləri bilirsiniz?

- Azərbaycan, türk, rus, ingilis dillərində danışıram. Bir az da alman dilini bilirəm.

- Qazaxıstan çempionatı barədə hansı məlumata maliksiniz?

- Qazaxıstan yığması ilə keçirdiyimiz yoxlama oyunu xatırlayıram. Qazaxıstan yığmasının atletik futbol sevdiyini deyə bilərəm. Həmin oyunda rəqib qələbə qazanmışdı. "Tobol"un mənimlə maraqlandığını eşidəndən sonra çempionatınız barədə ətraflı məlumat toplamağa başladım. "Tobol" ötən mövsüm 3-cü yeri tutub ki, bu da çox yaxşı nəticədi. Bu performansı qorumağa və Avropa Liqasının təsnifat mərhələsində uğurlu çıxış etməyə çalışacağıq.

- Qazaxıstanda oynayan futbolçular arasında sizin üçün tanış sima varmı?

- Bir neçə oyunçunu tanıyıram. Komanda yoldaşım Nika Kvekveskiri Azərbaycan çempionatında "İnter" və "Qəbələ"də oynayıb. Eyni zamanda Gürcüstan yığmasında çıxış edir. Mənə "Tobol"un mehriban kollektiv olduğunu dedilər. Burda müsbət məqamlar çoxdu.

- ümidləri doğrulda biləcəksiniz?

- Az sayda azərbaycanlı futbolçu legioner həyatı yaşayır. Bu üzdən mənə ikiqat diqqət olacaq. Bunun məsuliyyətini dərk edirəm. Uğur qazanmaq üçün əlimdən gələni edəcəm.

- Burdakı münasibətdən razı qaldınız?

- İlk gündən hamı mənə qarşı mehriban oldu. Hətta komandamızın kapitanı Azat Nurqaliyev məni oteldən kənarda restoranda şam yeməyinə dəvət etdi. İnzibati heyət, məşqçilər korpusu, klub rəhbərliyi məni isti qarşıladı. Xoş təəssüratlara malikəm.

- Daha çox kiminlə vaxtınızı keçirisiniz?

- Daha çox Aleksandr Kleşenko ilə söhbətləşirəm. O, həm də otaq yoldaşımdı. ümumiyyətlə, futbolçuların hamısı ilə münasibətim yaxşıdı.

- Bəs qapıçılarla münasibətiniz necədi?

- Yeri gəlmişkən, ilk gündən onlarla da dostluq edirəm. Həm meydanda, həm də ondan kənarda hər şey yaxşıdı. Yüksək keyfiyyətə malik qapıçılardı. Dostluqdan əlavə, yaxşı rəqabətimiz olacaq. Bizi Avropa Liqasında oyunlar gözləyir. Qazaxıstan çempionu olmaq istəyirəm. Bu, karyeram üçün böyük uğur, təcrübə olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest