"Atletiko"nun iki aparıcı futbolçusu sıraya dönüb. Matc.az-ın xarici mətbuata istinadən məlumatına görə, söhbət Koke və Saul Nigezdən gedir.

La Liqanın geridə qalan turunda "Betis"lə (0:1) görüşü buraxan yarımmüdafiəçilər dünəndən fərdi hazırlıq keçirlər. Həm Koke, həm də Saul həftə ərzində kollektivlə məşqlərə də cəlb olunacaq. Həkimlər onların həftəsonu Madrid derbisində "Real"la qarşılaşmaya yetişəcəyini açıqlayıblar.

Qeyd edək ki, XXIII tur çərçivəsində keçiriləcək "Atletiko" - "Real" oyunu fevralın 9-na təsadüf edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest