"Sabah" heyətini yeni qapıçı ilə gücləndirib. Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

"Sabah" heyətini yeni qapıçı ilə gücləndirib. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

Tehran "İstiqlal"ının yetirməsi olan Əmirhüseyn karyerası ərzində bu klubla yanaşı, "Səbail"in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

Nəcəfi "Sabah"da 96 nömrəli formada çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest