"Qalatasaray" heyətində təmizləmə işləri aparmaqda davam edir. Matc.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son olaraq mərkəz müdafiəçisi Maykon yola salınıb.

Braziliyalı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubuna icarəyə verilib. Yeni klubu ilə 1,5 illik müqavilə imzalayan Maykonun keçidi "cim-bom"a 1,7 milyon avro gəlir qazandırıb.

Ancaq baş məşqçi Fatih Terim bununla kifayətlənmək fikrində deyil. O, mövsümün sonunda daha bir neçə oyunçunu göndərməyi planlaşdırır. Belə ki, İstanbul nəhəngi yayda Sofian Fequli, Yunes Belhanda, Mariano və Fernando üçün də təklif gözləyəcək. Bununla Terim həm komandadakı orta yaş həddini kiçiltmək, həm də sabiq çalışdırıcı İqor Tudorun vaxtında alınan oyunçularla vidalaşmaq istəyir.

Qeyd edək ki, "Qalatasaray" qış fasiləsində Sərdar Əziz, Qari Rodriges və Ozan Kabakla yollarını ayırıb, Ərən Dərdiyoku isə heyətdən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest