Konkret olaraq ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, ölkə xaricində çıxış edən ən yaxşı futbolçu, ən yaxşı hakim və Yunanıstan çempionatında oynayan ən yaxşı futbolçu müəyyənləşdirilir. Hər nominasiya üzrə 3 namizəd seçilib.

Yunanıstanda 2017-18 mövsümünün yekunları ilə bağlı sorğuya start verilib. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, bir neçə nominasiya üzrə ötən mövsümün ən yaxşıları ilə bağlı səsvermə keçirilir.

Konkret olaraq ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, ölkə xaricində çıxış edən ən yaxşı futbolçu, ən yaxşı hakim və Yunanıstan çempionatında oynayan ən yaxşı futbolçu müəyyənləşdirilir. Hər nominasiya üzrə 3 namizəd seçilib.

Maraqlıdı ki, ölkə çempionatının ən yaxşısı olmağa namizədlər arasında "Neftçi"nin yeni transferi Vangelis Platellas da var. Həmin mövsümü "Aris"də keçirən yarımmüdafiəçi bu ad uğrunda Dimitrios Manos (OFİ) və Atanasios Dinasla ("Trikala") mübarizə aparır.

Qeyd edək ki, 2017-18 mövsümünün sonunda "Aris"dən OFİ-yə keçən Vangelis Platellas ötən ay "Neftçi" ilə müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest