İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Peşəkar Futbolçular Birliyi (PFA) "Liverpul"un lideri Məhəmməd Salahı seçib.

Misirli superulduz ay ərzində Premyer Liqada keçirdiyi 4 oyunda 3 qola imza atmaqla bu mükafata layiq görülüb. 26 yaşlı oyunçu XXII turda "Brayton"la (1:0) qarşılaşmada qələbə topunun müəllifi olub, XXIII turda isə "Kristal Pelas"la (4:3) görüşdə dubl edib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 32 matçda 19 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest