Azərbaycan millisinin futbolçusu Pavel Paşayev sıradan çıxıb. Matc.az Ukrayna mətbuatına istinadən məlumatına görə, bunu "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran deyib.

Antalyadakı təlim-məşq toplanışı barərə məlumat verən Şaran zədəlilərin durumunun ciddi olmadığını söyləyib: "Aleksey Dovqiy, Pavel Paşayev, Vladislav Levanidov və Yevgeni Protasov hazırda zədədən əziyyət çəkirlər. ümid edirəm ki, Türkiyədəki toplanışın ikinci mərhələsinə qədər onların hamısı sağalacaq və kollektivə qoşulacaq".

Qeyd edək ki, Ukrayna Premyer Liqasında qış fasiləsinə fevralın 23-də son qoyulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest