Kristiano Ronaldo "Yuventus" rəhbərliyinə maraqlı tələb ünvanlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı super ulduz keçmiş yoldaşlarından  birini yeni komandasında görmək istəyir.

Belə ki, CR7 "Real"da oynayarkən birlikdə çıxış etdiyi Kazemironun yenidən komanda yoldaşı olmasını istəyir. Hazırda mərkəz yarımmüdafiəçisi axtarışında olan "Yuventus"un Pol Poqbanı geri qaytarmaq istədiyi ilə bağlı xəbərlər də yayılıb.

Qeyd edək ki, Kazemironun "Real"la müqaviləsi 2020-ci ilə kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest