"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil zədəsini sağaldıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu artıq məşqlərə başlayıb.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçirilən qarşılaşmada xəsarət alan Almaniya millisinin sabiq üzvü kollektivə qoşulub. özilin Premyer Liqanın IX turu çərçivəsində "Lester"lə görüşə hazır olması gözlənilir.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest