Ağdam təmsilçisi transfer dönəmini elə də fəal keçirmədi. İnnosent Emeqara hücum xəttində tək olduğundan, onun yanına Reynaldo Silva gətirildi. Yayda "Astana"ya gedən Riçard Almeydanın dönüşü isə daha önəmli idi. Çünki milliləşdirilmiş futbolçunun yoxluğunda "Qarabağ" orta sahədə ciddi problemlər yaşadı.

Mövsümün qalan hissəsində bütün diqqətləri üzərinə çəkəcək iki oyundan biri məhz bu gün keçiriləcək. "Qarabağ" çempionluq uğrunda ona, nəhayət ki, "dişli" rəqib olan "Neftçi" ilə qarşılaşacaq.

Rahat Qurbanov, qərarlı Bordin

"Qarabağ"ın mövsümün əvvəlindəki ilə indiki durumu arasında yerlə-göy qədər fərq var idi. İlk yarıda baş məşqçi Qurban Qurbanov həm milli, həm avrokubok, həm də çempionat barədə düşünməli idisə, indi bütün diqqətini rahatlıqla Premyer Liqaya yönəldə bilər. Bu da onu və yetirmələrini istər fiziki, istərsə də psixoloji yükdən xilas edəcək. Yəni mövsümün bundan sonrakı periodunda əsl "Qarabağ"ı izləyə biləcəyik. Son çempionun Antalyadakı 4 yoxlama oyunundan 2-də məğlub olması çaşdırıcı ola bilər. çünki "Qarabağ"ın yoxlama görüşlərindəki bu tip nəticələri artıq ənənə halını alıb.

Son illər uğursuz çıxışla azarkeşlərini üzən "Neftçi" isə Roberto Bordinlə ağdamlıların hegemonluğuna son qoymaqda qərarlıdı. Bu mənada ilk yarıdakı performansı uğurlu saymaq olar. İndi liderliyi qorumaq qalır ki, bugünkü qarşılaşma bu baxımdan böyük rol oynayır. Səfər qələbəsi "Neftçi"ni 6 xal önə keçirər. Son oyun "flaqman"ın meydanında olacağından, "Neftçi" qalibiyyət təqdirində çempionluq yolunda böyük məsafə qət etmiş olacaq. Qış toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərindəki nəticələr də bakılıların iddiasını növbəti dəfə ortaya qoyur.

Qayıdan köhnələr, son günün transferi...

Ağdam təmsilçisi transfer dönəmini elə də fəal keçirmədi. İnnosent Emeqara hücum xəttində tək olduğundan, onun yanına Reynaldo Silva gətirildi. Yayda "Astana"ya gedən Riçard Almeydanın dönüşü isə daha önəmli idi. çünki milliləşdirilmiş futbolçunun yoxluğunda "Qarabağ" orta sahədə ciddi problemlər yaşadı. Reynaldo və Almeyda fonunda Hacıağa Hacılının keçidi nüfuz baxımından kölgədə qala bilər. Ancaq Hacıağanı, bəlkə də, digərlərindən uğurlu keçid saymaq olar. çünki o, orta xətdə yüksək səviyyədə çıxış edə biləcək potensiala malikdi.

"Neftçi" isə lider olmasına baxmayaraq, ciddi dəyişikliklərə getdi. Rəşad Eyubov, Kvame Karikari, Slavko Braliç və Dario Frederiko yola salındı. Digərləri ilə müqayisədə sonuncunun məhz derbi öncəsi gedişi heç yerinə düşmədi. İndi yeni transfer Vangelis Platellas və ya ixtiyarındakı yerli vingerlər Bordinin imdadına yetişməlidilər. Hər halda dünən transferi baş tutan Canluka Sansonenin bu gün ən azı start heyətində meydana çıxması inandırıcı görünmür. Mamadu Mbodj və Mamadu Kaneyə isə mövsümün gedişində qiymət vermək mümkün olacaq.

"Qarabağ"da 2 itki, "Neftçi"də hamı hazır

"Qarabağ" azarkeşlərinin derbidə Reynaldonu görmək arzusu baş tutmayacaq. çünki "Aktobe"dən gətirilən braziliyalı hələ Antalya toplanışından zədəli idi və hazırda fərdi məşqlərlə kifayətlənir. Onunla yanaşı, orta sahədə aparıcı mövqe tutan Miçel də meydana çıxa bilməyəcək. İspaniyalı hələ bir müddət komandadan ayrı qalacaq.

"Neftçi"dəki durum isə məşqçilər korpusunu sevindirməyə bilməz. Komandada nə zədəli, nə də cəzalı oyunçu var. üstəlik, kapitan Ruslan Abışov da tam sağalıb və meydandakı yerini ala biləcək. Yeganə problem Dario Frederikonun oyunöncəsi gedişi oldu. Bordinin öz dəst-xətti ilə seçilən "sambaçı"nın boşluğunu doldurması heç də asan olmayacaq. Belə ki, "Neftçi"də bu mövqedə çıxış etməyə yetərincə geniş seçim var. çox güman Bordin derbidə Dario Frederikonun əvəzinə ya Vangelis Platellasa, ya da Namiq Ələsgərova üstünlük verəcək. Qurban Qurbanovun komandası ilə oyunlarda həlledici qollar vuran Rəhman Hacıyevi də çox güman əsas heyətdə görəcəyik. Əslində Bordinin həm müdafiədə, həm də yarımmüdafiədə kifayət qədər geniş seçimi var. ömər Buludov Antaliyada Tural Axundovdan daha yaxşı təsir bağışlasa da, çox güman italiyalı daha təcrübəli futbolçuya üstünlük verəcək. Eyni sözlər əməiyyatdan sonra Antalyada cəmi 15 dəqiqə oynamaq şansı qazanan Ruslan Abışova da aiddi.

Xatırladaq ki, Rəvan Həmzəzadənin fiti ilə saat 18.30-da başlayacaq derbi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Son illərdə ilk dəfə "Neftçi" rəqibi üzərində bu qədər aşkar psixoloji üstünlüyə malikdi. Hətta minimalhesablı məlubiyyət də Bordinin komandasını zirvədən düşürmür.

 

KOMANDALARIN TƏXMİNİ HEYƏTLƏRİ

"Qarabağ": Şahrudin Məhəmmədəliyev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Maksim Medvedev, Donald Gerye, Qara Qarayev, Riçard Almeyda, Dani Kintana, Araz Abdullayev, Filip Ozobiç, Mahir Mədətov

"Neftçi": Səlahət Ağayev, Ruslan Abışov (k), Kiril Petrov, Anton Krivotsyuk, Tural Axundov, Soni Mustivar, Emin Mahmudov, Rəhman Hacıyev, Vangelis Platellas, Baqali Dabo, Mirabdulla Abbasov.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest