"Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydançanın durumuna görə, risk etmək istəmədim"

"İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların olmaması böyük itkidi". Matc.az saytı xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Azərbaycan Premyer Liqasının XV turunda "Keşlə"nin qonağı olan "Səbail" böyük hesabla (3:0) qalib gəlib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hacıyevin qələbə şərhi belə olub: "Oyuna istəkli başladıq. Toplanışda çalışdığımız epizodları  meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər. çempionata belə başlamaq yaxşıdı. Amma daha çətin oyunlarımız qarşıdadı. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik".
 
- Oyun və nəticə baxımından bu qədər üstünlük sizin üçün gözlənilən idi?
- Bu cür üstünlüyümüz şəraitində keçməsini gözləmirdik. "Keşlə" ölkə kubokunu qazanıb. Yeni baş məşqçiləri var. Onları "Qarabağ"la oyunda görmüşdük. Bəzən komandada həyəcan olur. Onların təcrübəli futbolçuları və məşqçiləri var. İnanıram ki, qarşıdakı turlarda digər rəqiblərlə oyunlarda istədiyi kimi çıxış edəcək.
 
- Tərlan Əhmədov qeyd etdi ki, qələbəni hədiyyə etdik. Oyun planında komandadan razı qaldınız?
- Tərlan müəllimin fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdü, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından sürətli hücumlar gördük. Hansı ki, bunu da istəyirdik. Müdafiədən sürətli keçidlər tələb edirdik. Futbolda səhvlər olur. Rəqibdən də çox şey asılıdı.
 
- Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?
- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydançanın durumuna görə, risk etmək istəmədim.
 
- Heyətdəki bəzi oyunçular sabit görünmürdülər. Məsələn, Ruslan Qurbanov pik formada idi. Bunu sona qədər qorumaq mümkün olacaq?
- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdu, milli üzvüdü. Ruslandan daha yaxşı oyun gözləyirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest