PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo əsas komandaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Tomas Tuxel onunla bağlı qərarın dəyişdirilməsinin tərəfdarıdı.

Tuxel yeni müqaviləyə razılıq vermədiyi və "Barselona" ilə ilkin razılıq əldə etdiyi üçün əsas komandadan göndərilən fransalı yarımmüdafiəçiyə ehtiyac duyduğunu bildirib. O, milli üzvünün komandaya kömək edəcəyi ilə bağlı rəhbərliyi inandırmağa çalışır.

Qeyd edək ki, Adrien Rabyonun PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest