"Keşlə"dən ayrılan daha bir futbolçu Diallo Quidileyenin yeni komandası müəyyənləşib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, mavritaniyalı yarımmüdafiəçi bu ölkədə çıxış edəcək.

30 yaşlı futbolçu "Keşlə"dəki komanda yoldaşı Georgios Georgiadislə Türkiyədə də çiyin-çiyinə oynayacaq. Belə ki, Diallo Spor Toto I liqa təmsilçisi "Elazığspor"la müqavilə bağlayıb. Transfer qadağası ləğv olunan Elazığ təmsilçisinin bir gün ərzində heyətinə qatdığı 22 oyunçu arasında Quidileye də olub.

Qeyd edək ki, Diallo Quidileye "Keşlə"yə gəlməzdən əvvəl Türkiyədə "Gənclərbirliyi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest