Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi" heyətinə yeni futbolçu cəlb edib. Matc.az futbolinfo.az saytına istinadən xəbər verir ki, paytaxt klubu baş məşqçi Roberto Bordinin həmyerlisi olan italiyalı hücumçu ilə güclənib. Bu barədə italiyalı həmkarlarımız məlumat yayıb.

"Ağ qaralar" "Novara" klubundan Canluka Sansoneni heyətinə qatıb. Hücumçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Sansonenin karyerası tamamilə İtaliyaya bağlıdır. Forvard peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Daha sonra o, "Valle del Covinko", "Syena", "Qallipoli", "Lansiano", "Frozinone" klublarında oynayıb. Hücumçu "Sassuolo", "Torino" klublarında oynadıqdan sonra "Sampdoriya"ya keçib. 2013-2016-cı illərdə bu klubda oynayan futbolçu 42 oyunda 5 qol vurmağı bacarıb. Daha sonra o, "Bolonya", "Bari" klublarında icarə əsasında çıxış edib. 2016-cl ildən isə "Novara"nın şərəfini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest