Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev bu gün 26 yaşını qeyd edir. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçinin çıxış etdiyi Ağdam "Qarabağ"ının rəsmi feysbuk səhifəsi də futbolçunu təbrik edib.

ölkə çempionunun sosial şəbəkə səhifəsi bunu qeyri-adi şəkildə gerçəkləşdirib. Belə ki, yarımmüdafiəçinin şəkli kollaj edilib və orada Qarayev qapıçı əlcəkləri ilə əks olunub.

Bu da Qaranın yığmamızın Farer adaları ilə matçında topu bir neçə dəfə boş qapıdan çıxarmasına işarədi. Qapıçını sığortalayan orta sahə oyunçusu "seyvlər"i ilə sanki "qolkiper" funksiyasını yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest