"Qəbələ" futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bölgə təmsilçisinin komandaları AFFA-nın aşağı yaş qrupları üçün təşkil etdiyi liqalarda mövsümün ikinci yarısına start veriblər.

Gənclər Liqasında çıxış edən U-19 2019-cu ildə ilk sınağına çıxıb. Komanda "Neftçi" ilə ev oyununda qolsuz sülhə imza atıb. 14 görüşdə 40 xal toplayan "Qəbələ" yarışın lideridi.

U-16 2019-cu ildə ilk qələbəsini "Sumqayıt"la görüşdə qazanıb. Bunadək "Zirə"yə 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" ev oyununda 6:1 hesablı qələbəni rəsmiləşdirib. 16 görüşdə 40 xal toplayan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Paytaxt zonasında çıxış edən U-13 "Təhsil RİM"lə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1. 14 matçda 20 xal toplayan komanda 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest