Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək "Keşlə" – "Səbail" görüşü ilə bağlı dəyişiklik olub. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, köməkçi hakim Namiq Hüseynov bu oyunda iş başında olmayacaq.

Hakimlər komitəsinin qərarına əsasən sabahkı qarşılaşmada onu Cəmil Quliyev əvəz edəcək.

Qeyd edək ki, 19:00-da start götürəcək və "ASK Arena"da keçiriləcək "Keşlə" – "Səbail" matçını Rəhim Həsənov idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest