Bu gün Qəbələ şəhər 1 saylı orta məktəbdə görüş keçirilib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, şagirdlərlə görüşdə "Qəbələ" klubunun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, komandanın kapitanı Cavid Hüseynov və gənc futbolçu Amin Seydiyevin iştirak edib.

Tədbirdə çıxış edən Səməd Nəsibov, Rail İsmayılov və Cavid Hüseynov məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar. Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib.

Müsabiqənin qaliblərinə Cavid Hüseynov və Amin Seydiyevin imzalı forması və digər hədiyyələr təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest