Qış transfer dönəmində "Keşlə"dən ayrılan Georgios Georgiadis özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, 32 yaşlı hücumameyilli oyunçu Spor Toto I liqa təmsilçisi "Elazığspor"a keçib. Transfer qadağası ləğv olunan Elazığ təmsilçisi son gündə 18 yeni futbolçu ilə birdən müqavilə bağlayıb ki, onlardan biri də Georgiadis olub.

Qeyd edək ki, ötən yay "Keşlə"yə keçən Georgios Georgiadis mövsümün ilk yarısında 7 oyunda meydana çıxıb, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest