"Milan"ın yarımmüdafiəçisi Alen Haliloviç növbəti dəfə komandasını dəyişib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü bu dəfə Belçikaya köçüb.

Belə ki, "rossonyerlər" onu 1,5 il müddətinə "Standard"a icarəyə verib. Anlaşmaya əsasən, Belçika təmsilçisi gələn ilin yayında onu birbaşa transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, "Standard" 22 yaşlı Haliloviçin 7-ci klubu olub. Buna qədər o, Zaqreb "Dinamo"su, "Barselona", "Sportinq Xixon", "Hamburq", "Las Palmas" və "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest