Məsələ burasındadı ki, Superliqada çempionluq hədəfindən uzaqlaşan "Beşiktaş" "fəda" dönəminə start verib. Veteran oyunçularla bir-bir vidalaşan "ağ-qaralar" indidən gələn mövsümün heyətini qurmağa və komandanı gəncləşdirməyə çalışır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçü klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçisi "Beşiktaş"ın formasını geyinmək üzrədi.

Məsələ burasındadı ki, Superliqada çempionluq hədəfindən uzaqlaşan "Beşiktaş" "fəda" dönəminə start verib. Veteran oyunçularla bir-bir vidalaşan "ağ-qaralar" indidən gələn mövsümün heyətini qurmağa və komandanı gəncləşdirməyə çalışır.

İstanbul nəhənginin ilk hədəfi isə hazırda "Giresunspor"da çıxış edən Ozan Can Kökçü, onun "Feyenoord"dakı kiçik qardaşı Orkun Kökçü və Zaqreb "Dinamo"sunun 18 yaşlı vingeri Aydın Hasiçdi. Siyahıda Türkiyədə çıxış edən daha bir neçə oyunçunun adı var. Digər klublarda icarə əsasında çıxış edən gənclər isə mövsümün sonunda geri dönəcək.

Qeyd edək ki, Ozan Can Kökçü "Giresunspor"a cari mövsümün əvvəlində "Bursaspor"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest