Azərbaycanlı qapıçı Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək. Matc.az xəbər verir ki, 24 yaşlı qolkiper transfer dönəminin son günündə "Sent Endryus" klubuna keçib.

ötən ili Gürcüstan təmsilçisi "Tsxinvali"də keçirən Məmmədov maltalılarla rəsmi müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Elməddin Məmmədov ölkə daxilində həmçinin "Zirə" və "Sabah"da çıxış edib. O, 2017-ci ildə Bişkek "Alqa"sına keçsə də, orda uzun müddət qalmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest