21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Matç.az saytı xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Rəşad Sadıqov açıqlayıb.

Avropa çempionatının seçmə mərhələsindəki son görüşündə Norveçlə üz-üzə gələcək komandamızın çalışdırıcısı oktyabrın 16-dakı matç öncəsi brifinq keçirib. Sadıqov jurnalistlərlə görüş zamanı yığmanın planlarını açıqlayıb.

Rəşad bildirib ki, rəhbərlik etdiyi milli noyabrda yoldaşlıq oyununda Ukraynamın U-21 komandası ilə qarşılaşacaq. Bu matç Bakıda baş tutacaq. İki ölkə federasiyaları arasında yoxlama oyunu ilə bağlı danışıqlar yekunlaşmaq üzrədi və görüşün tarixi dəqiqləşməyib.

Qeyd edək ki, noyabrın 12-20-də Avropa çempionatının seçmə mərhələsinin pley-off matçları keçiriləcək. Turniri bu ay başa vuran yığmaların da həmin müddətdə yoxlama oyunları keçirəcəyi gözlənilir. Bu üzdən Azərbaycan – Ukrayna qarşılaşması da həmin tarixlərə təsadüf edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest