"Bu o demək deyil ki, həmişə xal fərqində öndə olmalısan və ya geridə olarkən təslim olmalısan. "Neftçi" yaxşı formadadı, təlim-məşq toplanışındakı yoxlama oyunlarını izləmişik. Bəzi transferlər də ediblər"

"Həmişə daxili atmosferə önəm verən komandayıq. Daim mehriban kollektivimiz olub, həmişə deyib-gülmüşük. Bu, "Neftçi" ilə və ya udub-uduzmaqla bağlı deyil". Matc.az saytının məlumatına görə, bu sözlər "Qarabağ"ın kapitanı Rəşad Sadıqova məxsusdu.

Həftəsonu Premyer Liqanın XV turunda "Neftçi" ilə qarşılaşacaq Ağdam təmsilçisinin bu gün açıq məşqi baş tutub. Məşqdən öncə Sadıqov Azərbaycan derbisi barədə fikirlərini bildirib.

O, oyunöncəsi üstünlüyün "Neftçi"də olduğunu söyləyib: "Vəziyyəti təhlil etsək, bu gün psixoloji üstünlük "Neftçi"dədi. Onlar ikinci yarının favoritidi. Bizdən 3 xal öndədilər və son dövrənin oyununu "Neftçi"nin meydanında keçirəcəyik. Bütün bunları nəzərə alırıq. Bilirik ki, asan olmayacaq. Vəziyyəti öz xeyrimizə dəyişməyə köklənmişik. Bəlkə də, son illərdə belə bir duruma düşməmişdik. Futbolda belə hallar olur. Bu o demək deyil ki, həmişə xal fərqində öndə olmalısan və ya geridə olarkən təslim olmalısan. "Neftçi" yaxşı formadadı, təlim-məşq toplanışındakı yoxlama oyunlarını izləmişik. Bəzi transferlər də ediblər. ümumiyyətlə, bütün komandalarımızda inkişaf hiss olunur. Hamı transfer edib, iddialı hazırlaşıb. Qarşıdakı 14 oyunun hər biri bizim üçün çətin keçəcək. Biz də bunu yaxşı anlayırıq".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı fevralın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest