Bu gün keçirilmiş Yüksək Liqanın IV turunda EKOL üçün yubiley qolu qeydə alınıb. Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu matça qədər Yüksək Liqada aktivində 1396 qol olan EKOL 1400-cü qolunu vurub.

Tarixi qolun müəllifi Samir Həmzəyev olub. Onun oyunun 8-ci dəqiqəsində vurduğu qol yubileyin qeyd edilməsinə imkan verib.

Qeyd edək Ki, EKOL "Yasamal" İSK ilə görüşdə 21:4 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest