Vladimir Sumskoyun cəzasını 6 il 5 aydan sonra nümunəvi davranışına görə şərti şəza ilə dəyişib həbsxanadan buraxıblar. Nikolay Jukovski isə həbsxana həyatına (bəlkə də haqsızlığa) dözməyib türmədə intihar edib.

Növbəti görüşləri Belarusiyada olacaqdı, Minskin "Dinamo" komandası ilə görüşəcəkdilər. özbəkistan futbolçuları bu oyuna ciddi hazırlaşırdılar, Daşkəndin "Paxtakor" komandası bu matça qələbə iddiası ilə yollanırdı.

Oyundan bir neçə gün əvvəl "Paxtakor"un baş məşqçisi Oleq Bazileviç klubun üzvləri ilə matçı təhlil etmişdi, tövsiyələrini və göstərişlərini vermişdi. üç gün əvvəldən isə özü Soçidə dincələn ailəsinin yanına yollanmışdı. Təbii ki, ilk baxışdan baş məşqçinin bu səfəri adi bir hal idi, minlərlə insan kimi, o da öz ailəsinə baş çəkmək üçün müəyyən bir məsafə qət edəcəkdi, oradan isə Minskə yola düşəcəkdi. Amma baş verəcək hadisə bütün planları dəyişəcəkdi, həm baş məşqçinin həyatını, həm də "Paxtakor" komandasının taleyini...

SSRİ tarixində ən ağır qəzalardan biri 1979-cu ilin avqustunda baş verib. çelyabinsk-Kişinyov və Daşkənd-Minsk reysləri ilə uçuş edən Tu-134A təyyarələri Ukraynanın Dneprodzerjinsk şəhəri ərazisində 8400 metr hündürlükdə qəzaya uğrayıblar. Qəza nəticəsində hər iki təyyarədə olan 178 nəfər həlak olub. Onlardan 17-si "Paxtakor" futbol klubunun üzvləri, 14 nəfər futbolçu, ikinci məşqçi, inzibatçı və komandanın həkimi olub.

Qəza ilə bağlı araşdırmalar aparılarkən məlum olub ki, dispetçerlər Vladimir Sumskoy və Nikolay Jukovski təcrübəsizlikdən kobud səhvə yol veriblər və qəza bunun nəticəsində baş verib. Hadisə ictimaiyyətə də belə təqdim olunub. Məsələ rəsmiləşdirilərək "günahkarlar" cəzalandırılıb. Hər iki dispetçer 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Vladimir Sumskoyun cəzasını 6 il 5 aydan sonra nümunəvi davranışına görə şərti şəza ilə dəyişib həbsxanadan buraxıblar. Nikolay Jukovski isə həbsxana həyatına (bəlkə də haqsızlığa) dözməyib türmədə intihar edib.

Təbii ki, ortaya belə bir sual da çıxır ki, dispetçerlər bu qədər kobud səhvə necə yol veriblər? Digər bir fakt da bu sual ətafında düşünməyə əsas verir. çünki təyyarələrin uçuş vaxtı və baş verən qəza zamanı hava şəraiti də olduqca aydın və əlverişli olub.

Bəs buraxılan "səhv"ə səbəb nə olub?

Uzun illərdən sonra "aydın" olub ki, dispetçerlərə təyyarələrin idarə olunmasında mərkəzdən tapşırıq gəlib. Hər iki təyyarə 8400 metr hündürlükdə uçuş edəndə qarşılaşma trayektoriyasında dispetçer təyyarələrdən birinin 10000 metr hündürlüyə qalxmasına göstəriş verməli idi. Amma elə bu məqamda mərkəzdən bu göstərişin verilməsi qadağan olub. çünki həmin hündürlükdəki trayektoriyada digər bir təyyarə, İL-62 uçuşda olub və konkret əmr verilib ki, İL-62-nin dəhlizi açıq olmalıdır. Versiyalara görə, həmin təyyarədə Ukraynanın rəhbəri (respublika KP MK-nını birinci katibi) Vladimir Şerbitski əvvəlcədən planlaşdırılmamış uçuş edirmiş.

Sözsüz ki, bu məsələlərin incəliklərinə heç kim getməyib və Kremldə bu məsələ sakitcə qapadılıb.

Təyyarə qəzasından sonra SSRİ Futbol Federasiyasının "Paxtakor" komandası ilə bağlı xüsusi qərarı olub. Beş il müddətində "Paxtakor" komandası fəxri çempion elan edilib.

Sonralar "Paxtakor" komandası SSRİ-nin müttəfiq respublikalarının futbolçuları hesabına yenidən formalaşıb.

Həlak olmuş futbolçuların xatirəsi təkcə Daşkənddə deyil, SSRİ-nin bir çox şəhərlərində əbədiləşdirilib.

Hazırda özbəkistanda məşqçi İqday Tazetdinovun, inzibatçı Mansur Talibcanovun, futbolçular Mixail An, Vladimir Fyodorov, Alim Aşırov, Ravil Aqışev, Konstantin Bakanov, Yuri Zaqumenniy, Aleksandr Korçionov, Nikolay Kulikov, Vladimir Makarov, Sergey Pokatılov, Viktor çurkin, Siroyiddin Bazarov, Şuhrat İşbutayev, Vladimir Sabirov, Vladimir çumakovun adlarını daşıyan idman müəssisələri fəaliyyət göstərir.

An və Fyodorov SSRİ yığmasının üzvləri olduqları üçün ölkə miqyasında daha çox tanınır və sevilirdilər. Musavat.com

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest