İngiltərə Premyer Liqasında sentyabrın ən futbolçusu və baş məşqçisi müəyyənləşib. Matç.az saytının məlumatına görə, "çelsi"nin kapitanı Eden Azar ən yaxşı oyunçu seçilib.

Belçikalı ulduz futbolçu ötən ay keçirilən 4 oyunda 5 qol vurub. "çelsi" isə 2 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Ən yaxşı baş məşqçi isə "Vulverhempton"un çalışdırıcısı Nunu Espiritu Santu olub. Onun rəhbərliyi altında komanda "Vest Hem", "Bernli" və "Sauthempton"a qalib gəlib, "Mançester Siti" ilə bərabərə qalıb. Bu 4 qarşılaşmada "Vulverhempton" cəmi 1 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest