"Ayaçço"nun prezidenti Leon Luçani ağır cəzaya məruz qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "Nansi" ilə qarşılaşmadan sonra onun hakimə qarşı davranışı olub.

ötən il dekabr ayının 4-də "Nansi" ilə (1:1) Liqa2 görüşündə Luçani referiyə qarşı aqressiv hərəkətə yol verib. Bu səbəbdən o, 2 illik diskvalifikasiya olunub. O, bu müddətdə prezident vəzifəsini icra edə, ehtiyat oyunçular skamyasında otura və hakimlərin otağına girə bilməz.

Diskvalifikasiya fevralın 5-dən etibarən qüvvəyə minəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest