CİES futbol təşkilatı Avropada futbolçuların ən sabit çıxış etdikləri klubların adlarını açıqlayıb. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, "böyük beşlik" ölkələrinin klubları arasında ilk sırada "Real" qərarlaşıb.

Madrid klubunda futbolçular orta hesabla 5,84 il keçirirlər. Onları İspaniyanın digər nəhəng klubu "Barselon"a" izləyir. İlk "üçlüy"ü isə "Bavariya" qapayır.

"Top-5" ölkələrinin ən qeyri-sabit komandaları müvafiq olaraq "Parma", "Kan" və "Frosinone"di.

"Böyük beşlik" ölkələrindən olmayan klublar arasında isə ən sabiti "Viktoriya"dı. çexiyalıları "Seltik" və Donetsk "Şaxtyor"u izləyir. Bu kateqoriyadakı komandalar arasında ən qeyri-sabiti Xorvatiya "İstra"sıdı.

Digər ölkələrdəki hər ici cədvəldə göstərilən 20 klub arasına Azərbaycan klubları düşə bilməyib.

 

"Top-5"

Ən sabit klublar

1. "Real" (İspaniya) – 5,84 il

2. "Barselona" (İspaniya) – 5,36 il

3. "Bavariya" (Almaniya) – 5,26 il

4. "Atletiko" (İspaniya) – 4,17 il

5. "Tottenhem" (İngiltərə) – 3,89 il

6. "Atletik" (İspaniya) – 3,80 il

7. "Mançester Yunayted" (İngiltərə) – 3,72 il

8. "Borussiya" M. (Almaniya) – 3,48 il

9. "Napoli" (İtaliya) – 3,43 il

10. "Bornmut" (İngiltərə) – 3,37 il

Ən qeyri-sabit klublar

1. "Parma" (İtaliya) – 0,65

2. "Kan" (Fransa) – 0,74

3. "Frosinone" (İtaliya) – 0,75

4. "Heska" (İspaniya) – 0,81

5. "Bolonya" (İtaliya) – 0,90

6. "Cenoa" (İtaliya) – 0,92

7. "Betis" (İspaniya) – 0,96

8. "Rayo Valyekano" (İspaniya) – 0,99

9. "Strasbur" (Fransa) – 1,03

10. "Reym" (Fransa) – 1,05

 

Digər ölkələr

Ən sabit klublar

1. "Viktoriya" (çexiya) – 4,28

2. "Seltik" (Şotlandiya") – 4,25

3. "Şaxtyor" (Ukrayna) – 4,02

4. "Mattersburq" (Avstriya) – 3,86

5. "Odd" (Norveç) – 3,78

6. "Paks" (Macarıstan) – 3,76

7. "Teplitse" (çexiya) – 3,67

8. "Axmat" (Rusiya) – 3,65

9. "Altaxt" (Avstriya) – 3,47

10. MOİK (Rusiya) – 3,42

Qeyri-sabit klublar

1. "İstra" (Xorvatiya) – 0,15

2. "Lvov" (Ukrayna) – 0,23

3. "Paphos" (Kipr) – 0,32

4. "Anji" (Rusiya) – 0,33

5. "Olimpik" (Ukrayna) – 0,39

6. "Senika" (Slovakiya) – 0,41

7. "Veraya" (Bolqarıstan) – 0,46

8. "Rudeş" (Xorvatiya) – 0,51

9. "Aris" (Yunanıstan) – 0,52

10. "Ermis" (Kipr) – 0,54

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest