Mbaye Diagnenin transferini rəsmən açıqlayan "Qalatasaray" daha bir keçidi yekunlaşdırmaq üzrədir. Matç.az saytı xəbər verir ki, istanbullular Kostas Mitroğlunu da transfer edib.

Fransa mətbuatı iddia edir ki, "Marsel"də çıxış edən yunan forvard müqavilə bağlamaq üçün İstanbula yollanıb. Keçidin bu gecə və ya sabah açıqlanacağı ehtimal edilir.

Qeyd edək ki, karyerası ərzində "Olimpiakos", "Fulhem", "Benfika" kimi komandalardan çıxış etmiş Mitroğlu 2017-ci ildən "Marsel"də çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest