"Bu futbolçu ilə hansısa orqan arasında yaranmış problem idi. Anton Krivotsyuk hazırda komandanın düşərgəsindədi və onunla bağlı heç bir problemimiz yoxdu"

"Neftçi"nin futbolçusu Anton Krivotsyukun əsgərlik probleminə görə Ukraynada axtarışa verilməsi barədə xəbərə aydınlıq gəlib. Matç.az fanat.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun Ukraynada qeydiyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.

Bu səbədən "milliləşdirilmiş" futbolçu axtarışa verilib. Vəziyyətlə bağlı son duruma "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev aydınlıq gətirib: "Bu futbolçu ilə hansısa orqan arasında yaranmış problem idi. Anton Krivotsyuk hazırda komandanın düşərgəsindədi və onunla bağlı heç bir problemimiz yoxdu. Bizdə olan məlumata görə, futbolçu məsələni həll edib, heç bir problem yoxdu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest