Onun karyerasını Yunanıstan klubu OFİ-də davam etdirilməsi gözlənilir. Braliç bu mövsüm "Neftçi"nin heyətində 13 oyunda meydana çıxıb.

Premyer Liqada ikinci yarının startına bir neçə gün qalmış "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, müdafiəçi Slavko Braliçlə müqaviləyə xitam verilib. ötən yay transfer edilən xorvatiyalı futbolçu qış fasiləsində əvəzedici heyətə göndərilmişdi. özünə yeni komanda tapmaq tapşırığı verilən Braliçin mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Onun karyerasını Yunanıstan klubu OFİ-də davam etdirilməsi gözlənilir. Braliç bu mövsüm "Neftçi"nin heyətində 13 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Neftçi" mövsümün əvvəlində aldığı Rəşad Eyubov və Kvame Karikari ilə də bu ay vidalaşıb. İkinci Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl Oruba"da icarə əsasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest