Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
İlk oyunda – Xixon “Sportinq”i ilə “Kadis” arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Kadis” 1/4 finala yüksəlib.
 
“Rayo Valyekano” “Jirona”dan, “Malyorka” isə “Espanyol”dan üstün olub və mərhələ adlayıb.
 
“Betis” - “Sevilya” matçı isə yarıda dayandırılıb. İlk hissənin sonlarında “Betis” azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Qarşılaşmanın taleyi ilə bağlı hansı qərarın qəbul olunacağı bilinmir.
 
İspaniya kuboku
1/8 final
15 yanvar
 
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
 
Jirona – Rayo Valyekano 1:2
Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.
 
Malyorka – Espanyol 2:1
Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.
 
Betis – Sevilya 1:1 (matç yarıda dayandırılıb)
Qol: N.Fekir, 39 – P.Qomes, 35.
 
16 yanvar
 
15:00. Atletiko (Baleares) - Valensiya
 
19 yanvar
 
00:00. Real Sosyedad – Atletiko (Madrid)
 
20 yanvar
 
22:00. Elçe – Real
00:30. Atletik - Barselona

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest