"France Football" nəşri 2021-ci ilin ən yaxşı fransalı futbolçusunun adını açıqlayıb. Matc.az xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema ən yaxşı adına layiq görülüb.
 
Benzema bu mövsüm "Real"la 26 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, pandemiya səbəbindən 2020-ci ildə verilməyən bu mükafatı 2018 və 2019-cu illərdə Kilian Mbappe (PSJ) qazanmışdı. Benzema isə dördüncü dəfədir bu mükafata sahib çıxır. Hücumçu 2011, 2012 və 2014-cü illərdə də Fransanın ən yaxşısı elan olunmuşdu. Bu baxımdan rekord Tyerri Anriyə məxsusdur. "Arsenal"ın sabiq ulduzu beş dəfə (2000, 2003, 2004, 2005 və 2006) ən yaxşı seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest