Futbol üzrə Qabon millisinin və İngiltərənin "Arsenal" klubunun hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb. Matc.az xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı hücumçu bir müddət öncə koronavirusa yoluxub. Bu üzdən kapitan Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir. Müayinələr nəticəsində onun ürəyində də problemlər yarandığı üzə çıxıb.
 
Obameyanqın testi yanvarın 6-da müsbət çıxıb. Təcrübəli forvard 2018-ci ildən London təmsilçisinin formasını geyinir. Qabon yığmasında 72 matça çıxan oyunçu 30 qola imza atıb.
 
Xatırladaq ki, Almaniyanın "Bayern" klubunun üzvü Alfonso Deyvis də oxşar problemlə üzləşib. Münhen təmsilçisi futbolçunun koronavirusa yoluxduqdan sonra ürəyində problem yarandığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest