"Arsenal" klubu İngiltərə Premyer Liqasında "Tottenhem"ə qarşı keçirməli olduqları 22-ci tur matçının təxirə salınmasını istəyir. Matc.az xəbər verir ki, London təmsilçisi matç üçün heyət qurmaqda çətinlik çəkir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Arsenal"da futbolçuların bəzisi zədə, bəziləri isə koronavirusla bağlı karantində olduğu üçün "Tottenhem"lə matça çıxa bilməyəcək. "Topçular" heyətinin kasad olması səbəbindən matçın təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət edib.
 
"Tottenhem" – "Arsenal" matçı yanvarın 17-də keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest