"Sumqayıt" daha bir futbolçunu transfer edib. Matç.az xəbər verir ki, bu barədə məlumatı İsrailin sports.walla.co.il saytı yayıb.

Bildirilir ki, Təl-Əviv "Hapoel"inin yarımmüdafiəçisi Əmir Ağayev karyerasını Azərbaycanda davam etdirəcək. Həmkarlarımızın yazdığına inansaq, İsrailin aşağı yaş qrupu üzrə yığmasının sabiq üzvü müqavilə imzalamaq üçün ölkəmizə yollanıb. 27 yaşlı hücumameyilli oyunçunun tibbi müayinədən keçdikdən sonra 1,5 illik müqavilə imzalaması gözlənilir.

Karyerasının əsası İsraillə bağlı olan Əmir Ağayev yalnız 2016-cı ildə 6 ay Kiprin "Omoniya" klubunda çıxış edib.

Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində buna qədər Rəşad Əzizli, Adil Nağıyev, Aydın Bayramov, Peyman Babayi və Peyman Keşavarzı heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest