Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə “Napoli” və “Fiorentina” komandaları qarşılaşıb. Gərgin keçən və 7 qolun qeydə alındığı bu matçda Florensiya təmsilçisi qələbəyə sevinən tərəf olub.
 
“Milan” isə “Cenoa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda da qalib əlavə vaxtda müəyyənləşib. Milanlılar doğma meydanda inamlı qələbəyə seviniblər.
 
İtaliya kuboku
1/8 final
12 yanvar
 
Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.
 
13 yanvar
 
Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.
 
Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.
 
18 yanvar
 
20:30. Latsio – Udineze
00:00. Yuventus – Sampdoriya
 
19 yanvar
 
20:30. Sassuolo – Kalyari
00:00. İnter – Empoli
 
20 yanvar
 
00:00. Roma – Leççe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest