Millətlər Liqasının III turunun ilk oyun günündən bombardirlər siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, Serbiya yığmasının futbolçusu Aleksandar Mitroviç Avropada hamını qabaqlayır.

Onun hesabında 4 qol var. Bombardiri hərəyə 2 dəfə fərqlənən 15 futbolçu izləyir.

2-ci yerin şərikləri arasında Azərbaycan millisinin üzvü Riçard Almeyda da yer alıb. Milliləşən braziliyalı hər iki qolunu Farer adaları ilə dünənki görüşdə vurub.

Onunla eyni sayda fərqlənənlər arasında danimarkalı Kristian Eriksen, belçikalı Romelu Lukaku, ispaniyalı Saul Niqez, portuqaliyalı Andre Silva kimi ulduzlar da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest