Almaniya II Bundesliqasında XIX tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" növbəti oyununa çıxıb.

Komanda səfərdə autsayderlər zonasında qərarlaşan "Maqdeburq"la qarşılaşıb. Oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib. Belə ki, 44-cü dəqiqədə vurulan qol görüşdə yeganə olub. Oyuna ehtiyat oyunçular skamyasından başlayan Nazarov 81-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Aue" 22 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest