Moskva "Spartak"ı Qətərdə keçirilən "Matç Premyer" kubokunu qazanıb. Matç.az xəbər verir ki, paytaxt Dohada baş tutan final qarşılaşmasında "xalq komandası" həmşəhərliləri "Lokomotiv"i 4:0 hesabı ilə məğlub edib. Ayaz Quliyev ikinci hissənin əvvəlində meydana çıxıb və oyunun sonuna kimi əvəz olunmayıb.
üçüncü yer uğrunda oyunda "Zenit" "Rostov"u 5:0 hesabı ilə darmadağın edib. Sankt-Peterburq təmsilçisinin 20 yaşlı azərbaycanəsilli yarımmüdafiəçisi Leon Musayev əsas heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.