"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Matç.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb.

Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 30 yaşlı hücumçunun son klubu Serbiyanın "Voyvodina" klubu olub.

Qeyd edək ki, "Zirə" bunadək Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı və Mfo Kqasvaneni heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest