Mövsümün ikinci yarısına hazırlaşan "Səbail" transfer çalışmalarını davam etdirir. Matç.az-ın futblinfo.az-a istinadən məlumatına görə, sabiq "Rəvan"lı Oke Okpaveta ilə anlaşan Bayıl təmsilçisi Azərbaycanda oynamış daha bir legioneri heyətə qata bilər.

Bu, sabiq "Qarabağ"lı çumbinyodu. Braziliyalı yarımmüdafiəçi ilə danışıqlar davam edir. Onun "Səbail"ə keçib-keçməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək. Amma keçidin reallaşması daha çox ehtimal edilir.

Qeyd edək ki, çumbinyo 2013/2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. 32 yaşlı futbolçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam təmsilçisindən "Atromitos"a yollanmışdı. Son 2 ili isə o, "Levadiakos"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest